İsrail 24 saatda Qəzzaya 160 hava zərbəsi endirib

İsrail 24 saatda Qəzzaya 160 hava zərbəsi endirib
DÜNYA
15:25 19.05.2025
268
İsrail ordusundan verilən açıqlamada Qəzzaya intensiv hava hücumlarının davam etdiyi qeyd edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücumların ordunun və daxili kəşfiyyat təşkilatı Şin-Betin rəhbərliyi altında "Gideonun arabaları” adlı daimi işğal planı çərçivəsində həyata keçirildiyi bildirilib.

Açıqlamada son 24 saat ərzində Qəzzaya 160 hava hücumu təşkil edildiyi və bu hücumlarda HƏMAS-ın silah və infrastrukturunun hədəf alındığı bildirilib.

Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət 3193 fələstinli həyatını itirib, 8993 nəfər isə yaralanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR