İsrail Müdafiə Qüvvələri HAMAS-ın Şecaiya batalyonunun komandirini zərərsizləşdirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, Həytəm Razek Əbdül Kərim Şeyx Xali digər HAMAS əməliyyatçıları ilə birlikdə Qəzza şəhərindəki əməliyyat və nəzarət mərkəzinə edilən dəqiq zərbə nəticəsində zərərsizləşdirilib.