İsrail İranda nüvə reaktorunun yaxınlığını bombaladı

İsrail İranda nüvə reaktorunun yaxınlığını bombaladı
DÜNYA
09:49 19.06.2025
211
İranın nüvə proqramının bir hissəsi olan Xəndabda yerləşən ağır su tədqiqat reaktorunun yaxınlığındakı ərazi İsrail tərəfindən hücuma məruz qalıb.

Bu barədə İran mətbuatı yazıb. 

Ərak ağır su nüvə obyektinə hava hücumundan sonra, ərazidə qatı tüstü yaranıb. 

Məlumata görə, obyekt hücumdan əvvəl boşaldılıb və radioaktiv sızma qorxusu yoxdur.

Əvvəllər "Arak" kimi tanınan reaktor hələ tamamlanmayıb. Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinə onu gələn il istismar etmək niyyətində olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR