İsrail İranın Fordodakı nüvə obyekti yaxınlığına zərbələr endirib

İsrail İranın Fordodakı nüvə obyekti yaxınlığına zərbələr endirib
DÜNYA
21:05 13.06.2025
706
İsrail ordusu İranın Fordo bölgəsindəki nüvə obyekti yaxınlığına zərbələr endirib.

Bu haqda "Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail Fordodakı obyektin həyətinə zərbələr endirib. Orada iki partlayış səsi eşidilib.

Qeyd edək ki, İran hökuməti Natanzdakı nüvə obyektindən fərqli olaraq Fordodakı obyektin İsrailin zərbələrinə məruz qalmadığını açıqlamışdı. Hər iki obyektin yerin altında olduğu bildirilir.
 
/APA
OXŞAR XƏBƏRLƏR