İsrailli müxalifətçi Netanyahunu sərt tənqid etdi: Yalançıdır və nifrət saçır

İsrailli müxalifətçi Netanyahunu sərt tənqid etdi: Yalançıdır və nifrət saçır
DÜNYA
10:30 14.12.2023
112
İsrail müxalifətinin lideri Yair Lapid baş nazir Benyamin Netanyahunu ittiham edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müxalifət lideri baş naziri Qəzza zolağında həlak olan İsrail əsgərləri ilə bağlı yalan danışmaqda günahlandırır.
    
Lapid Netanyahunu tənqid edərək deyib:
 
"Netanyahu müharibə başlayandan bir gün sonra Qəzzanın Fələstin Prezidenti Mahmud Abbasa təhvil verilməsi ilə bağlı heç kimin mübahisə etmədiyi bir vaxtda yeni müzakirələr yaradıb. İsrail əsgərləri Qəzzada öldürülərkən Netanyahu yeni fikir ayrılığı məsələsi icad edib və ABŞ, Benni Qantz, Qadi Eyzenkot və özü ilə münaqişəyə girib".
 
Netanyahu dəfələrlə bəyan edib ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris də daxil olmaqla, bir çox ABŞ rəsmilərinin mövqeyinin əksinə olaraq, Fələstin Administrasiyasının müharibədən sonra Qəzza zolağında inzibati vəzifələri öz üzərinə götürməsini tamamilə rədd edib.

ABŞ-ın vitse-prezidenti Harris Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında (COP28) iştirak etmək üçün bu ayın əvvəlində Dubayda keçirdiyi mətbuat konfransında Fələstin rəhbərliyinin Qəzzanı idarə etməli olduğunu bildirib. 

Netanyahu əvvəlki açıqlamalarında müharibədən sonra Qəzza zolağında təhlükəsizlik nəzarətinin İsrailin əlində olmasını istədiyini bildirmiş və müxtəlif mətbuat konfranslarında Fələstin rəhbərliyini sərt tənqid etmişdi.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR