İsrail müxalifəti: Netanyahu ölkəmiz üçün təhlükədir

İsrail müxalifəti: Netanyahu ölkəmiz üçün təhlükədir
DÜNYA
14:45 15.04.2024
118
"Netanyahu və hökuməti İsrail üçün ekzistensial təhlükəyə çevrilib".
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrailin keçmiş baş naziri və əsas müxalifət lideri Yair Lapid deyib.
 
Müxalifət lideri Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin "İsrail üçün ekzistensial təhlükəyə çevrildiyini” və "Təl-Əvivin çəkindirmə gücünü itirdiyini” deyib.

Lapid iddia edib ki, ABŞ "İsrailin təhlükəsizliyi ilə bağlı öhdəliklərini yerinə yetirib, lakin Netanyahu bunu etməyib".

İsrail baş nazirini tənqid etməyə davam edən Lapid Netanyahuya görə Təl-Əvivin əvvəlki gücünü itirdiyini bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR