İsrail ordusunun İordan çayının qərbində daha 14 fələstinlini həbs edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri 3 nəfəri saxladıqdan sonra ərazidən uzaqlaşıb.
İsrail ordusu bu hücumdan öncə ölkənin şimalındakı Qalkilya şəhərində fələstinlilərin evlərinə basqın edərək 11 fələstinlini həbs edib.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.
İsrailin 2023-cü ildən bəri İordan çayına hücumları nəticəsində 589 fələstinli həyatını itirib.
Mikayıl