İsrail ordusu daha bir məktəbi bombaladı: 5 nəfər öldü

İsrail ordusu daha bir məktəbi bombaladı: 5 nəfər öldü
DÜNYA
12:47 15.12.2023
175
İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində köçkünlərin sığındığı məktəbi bombalayıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
 
Hücum nəticəsində ən azı 5 fələstinli ölüb, onlarla insan yaralanıb.
 
Gecə Xan Yunisin qərbində İsrail qüvvələrinin fələstinli "Əbu Nəsr” ailəsinin evini atəşə tutması nəticəsində 4 nəfərin həlak olduğu bildirilib.

İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Rəfahda Küveyt xəstəxanası yaxınlığındakı mülki yaşayış məntəqəsini bombalaması nəticəsində çoxlu sayda insanın həlak olduğu da bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR