İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində köçkünlərin sığındığı məktəbi bombalayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Hücum nəticəsində ən azı 5 fələstinli ölüb, onlarla insan yaralanıb.
Gecə Xan Yunisin qərbində İsrail qüvvələrinin fələstinli "Əbu Nəsr” ailəsinin evini atəşə tutması nəticəsində 4 nəfərin həlak olduğu bildirilib.
İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Rəfahda Küveyt xəstəxanası yaxınlığındakı mülki yaşayış məntəqəsini bombalaması nəticəsində çoxlu sayda insanın həlak olduğu da bildirilib.
Mikayıl