İsrail Ordusunun hərbçiləri Qəzza zolağının şimal hissəsində HƏMAS hərəkatına məxsus təxminən 2 kilometr uzunluğunda tuneli partladıblar.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu ərazidə keçirilən əməliyyat zamanı onlarla silahlı məhv edilib.
"Əməliyyat zamanı hərbçilər bir neçə tunel şaxtası, partlayıcı qurğu, buraxılış qurğusu, eləcə də HƏMAS terror təşkilatına məxsus əlavə silah-sursat – raketlər, qumbaralar və qumbaraatanlar aşkar ediblər”, – məlumatda bildirilir.