İsrail Hərbi Hava Qüvvələri Yəməndə "Ənsar Allah” hərəkatının istifadə etdiyi infrastrukturu məhv etmək məqsədilə iki limana zərbələr endirib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr husilərin nəzarətində olan əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Hodeyda və əs-Salif limanlarına endirilib.
İsrail tərəfinin məlumatına görə, bu limanlar üsyançılar tərəfindən silahların daşınması üçün istifadə edilir.