İsrail prezidenti: "İrana qarşı hərbi əməliyyat getdikcə aktuallaşır"

İsrail prezidenti: "İrana qarşı hərbi əməliyyat getdikcə aktuallaşır"
Bütün Xəbərlər
14:35 07.11.2011
1443
İsrailin prezidenti Şimon Peres İranın nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Təşkilatının (BAET) hesabatından sonra bu ölkəyə qarşı hərbi əməliyyatların daha aktual xarakter aldığını bildirib.SİA-nın İsrail mediasına istinadən verdiyi məlumata görə, Peres İsrailin televiziya kanalına etdiyi açıqlamasında "İranın nüvə proqramlarının gedişini izləyən bir neçə dövlətin kəşfiyyat orqanlarının gəldiyi ümumi fikir belədir ki, rəsmi Tehran nüvə silahə əldə etməkdə israrlıdır. Bu da regional təhlükələrin qaçılmaz olduğu qənaətinə gəlməyə əsas verir. Halbuki, İranın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi vacibdir. Bunun üçün müxtəlif variantlar var”, - deyə bildirib.İsrailin xarici işlər naziri Aviqdor Lieberman da hesabatın bütün şübhələrinə əsasən İranın nüvə proqramını dayandırmaq üçün hərbi gücdən istifadənin qaçılmaz olduğunu qeyd edib. Buna qədər isə bu ölkəyə tətbiq edilmiş embarqonu bir az da sərtləşdirməyin tərəfdarı olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR