İsrail Qəzzada hərbi əməliyyata başladı

İsrail Qəzzada hərbi əməliyyata başladı
DÜNYA
18:54 18.05.2025
646
İsrail Müdafiə Qüvvələri "Gideonun arabaları” kod adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənubunda yerləşən ərazilərdə hərbi əməliyyatlara başlayıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Son bir həftə ərzində İsrail Hərbi Hava Qüvvələri düşmənin hazırlıqlarını pozmaq və quru əməliyyatlarına dəstək vermək məqsədilə Qəzza zolağı boyunca 670-dən çox HƏMAS terrorçu hədəfini vuraraq ilkin zərbələr dalğası həyata keçirib", - bəyanatda deyilir.

Qeyd edilib ki, vurulan hədəflər arasında silah anbarları, yeraltı tikililər, reaktiv yaylım atəşi sistemləri və HƏMAS-ın digər infrastruktur obyektləri olub. İsrail hərbçiləri döyüş bölgəsində mövqelər tuturlar.

Mətbuat xidməti qeyd edib ki, İsrail "vətəndaşlarını qorumaq üçün Qəzza zolağında terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək”.
OXŞAR XƏBƏRLƏR