İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir

İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
DÜNYA
14:09 16.03.2026
1276
İsrail ordusu Hizbullaha qarşı Livanda quru əməliyyatlarına başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
 
Məlumata görə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullaha qarşı məhdud quru əməliyyatlarına başlayıb. İsrail Müdafiə Qüvvələri qoşunların əraziyə yeridilməsindən əvvəl "təhdidləri aradan qaldırmaq” üçün kütləvi hava hücumları və artilleriya atəşi həyata keçirdiyini bildirib.

Politoloq Aytən Qurbanova AZXEBER.COM-a açıqlamasında deyib ki, İsrailin quru əməliyyatlara başlaması Orta Şərqdə davam edən hərbi-siyasi qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir:

"İsrail ordusunun Livan ərazisində quru əməliyyatlarına başlaması Orta Şərqdə davam edən hərbi-siyasi qarşıdurmanın yeni və daha mürəkkəb mərhələyə keçdiyini göstərir. Hərbi əməliyyatların yalnız hava zərbələri ilə məhdudlaşmaması və quru qüvvələrinin də prosesə cəlb olunması münaqişənin intensivliyinin artdığını və tərəflər arasında birbaşa toqquşma riskinin də yüksəldiyini nümayiş etdirir. Bu addım isə öz növbəsində həm hərbi taktika, həm də regional təhlükəsizlik nöqteyi-nəzərindən bir sıra mühüm nəticələr yarada bilər. İlk növbədə onu qeyd etmək lazımdır ki, quru əməliyyatlarının başlanması münaqişənin coğrafiyasını genişləndirə və qarşıdurmanı daha uzunmüddətli fazaya keçirə bilər”.
 


Politoloq qeyd edib ki, İsrailin əsas məqsədi Livan ərazisində fəaliyyət göstərən silahlı qrupların hərbi infrastrukturlarını zəiflətməkdir:

"İsrailin əsas məqsədi Livan ərazisində fəaliyyət göstərən silahlı qrupların hərbi infrastrukturlarını zəiflətmək və sərhəd bölgələrində təhlükəsizlik zonası yaratmaqdır. Lakin Livanın mürəkkəb coğrafiyası, qeyri-dövlət silahlı aktorların geniş şəbəkəsi və asimmetrik müharibə taktikasından istifadə imkanları quru əməliyyatlarının sürətli nəticə verməsini çətinləşdirə bilər. Bu isə əməliyyatların uzanması və itkilərin artması ehtimalını yüksəldir. Digər tərəfdən isə ən vacib məqam regional eskalasiya riskinin artması ilə bağlıdır. Livan ərazisində genişmiqyaslı quru əməliyyatlarının aparılması yalnız iki tərəf arasında hərbi qarşıdurma kimi qalmaya bilər. Orta Şərqdə mövcud olan mürəkkəb münasibətlər sistemi və müxtəlif aktorların prosesə dolayı təsir imkanları münaqişənin daha geniş regional çərçivəyə yayılması ehtimalını artırır. Belə bir ssenari regionda təhlükəsizlik balansını ciddi şəkildə dəyişə və beynəlxalq aktorların prosesə daha fəal müdaxiləsinə səbəb ola bilər”.

Ekspert vurğulayıb ki, quru əməliyyatları siyasi-diplomatik müstəvidə də yeni dinamika yarada bilər:

"Quru əməliyyatları siyasi-diplomatik müstəvidə də yeni dinamika yarada bilər. Tarixi təcrübə göstərir ki, münaqişələrdə hərbi eskalasiyanın artması müəyyən mərhələdə beynəlxalq vasitəçilik təşəbbüslərini də sürətləndirir. Çünki uzunmüddətli və genişmiqyaslı müharibə həm regional sabitlik, həm də qlobal enerji və təhlükəsizlik sistemləri üçün ciddi risklər yaradır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, beynəlxalq təşkilatlar və böyük güclər tərəfindən atəşkəs və diplomatik həll variantlarının gündəmə gətirilməsi ehtimalı da artır. Nəticə etibarilə, İsrailin Livanda quru əməliyyatlarına başlaması münaqişənin xarakterini dəyişə biləcək strateji addım kimi dəyərləndirilə bilər. Bu qərar qısamüddətli hərbi üstünlük əldə etmək məqsədi daşısa da, eyni zamanda münaqişənin dərinləşməsi, regional eskalasiya və uzunmüddətli qeyri-sabitlik risklərini də artırır. Ona görə də, qarşıdakı dövrdə həm hərbi əməliyyatların gedişatı, həm də diplomatik təşəbbüslərin intensivliyi Orta Şərqdə təhlükəsizlik mühitinin formalaşmasında həlledici rol oynayacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib