İsrail tankı öz əsirlərinə atəş açdı

İsrail tankı öz əsirlərinə atəş açdı
DÜNYA
11:27 20.12.2023
119
HƏMAS-ın oktyabrın 7-də blokadada olan Qəzza zolağının ətrafındakı yaşayış məntəqələrinə hücumu zamanı İsrail tankı israilli əsirlərin olduğu evi atəşə tutub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin "Haaretz” qəzeti İsrail ordusuna məxsus tankın israilli əsirlərin olduğu evə atəş açdığını bildirib.

Bu məlumat hücum zamanı əraziyə çağırılan polis helikopterindən çəkilmiş və Kanal 12 tərəfindən yayımlanan videogörüntü ilə üzə çıxıb.

Qonşularının əsir saxlandığı evin kənarında əri ilə gizlənən Hadas Daqan adlı şəxs qonşularının evi hədəfə alınarkən qəlpə parçası ilə yaralandığını da qeyd edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR