İsrail uçağı, Davud ulduzu, “Azadlıq” və GONGO

İsrail uçağı, Davud ulduzu, “Azadlıq” və GONGO
Bütün Xəbərlər
16:34 05.09.2014
1024
Azər Həsrət,[email protected]/* */

İran səmasında insansız uçaq vurulub. Ardından da bunun İsrailə aid olduğu xəbəri yayılıb. Normal və təbii qarşılanmalıdır. Amma bir müddət sonra həmin uçağın Azərbaycandan havaya qalxdığı iddia edilib. Bu isə normal və təbii qarşılana bilməz.

Son 2 gün ərzində Azərbaycan və İsraili ilgiləndirə biləcək daha bir xəbər dolaşır ortalıqda. Deyilir ki, Şamaxıdakı yəhudi qəbristanlığı təhqir edilib. Daha doğrusu, qəbristanlığın girişindəki Davud ulduzu (Magen David) sökülüb. Təsadüfdürmü?

Bu iki olay arasında, bəlkə də, əlaqə yoxdur. Amma bir az dərindən düşünəndə əlaqə tapmaq mümkündür. Örnək üçün, mən düşünürəm ki, kimlərsə Azərbaycanla İsrail və Azərbaycanla İran arasındakı əlaqələri bu yolla yıpratmaq istəyir. Bir tərəfdən iddia edilir ki, İranda kəşfiyyat aparan təyyarə Azərbaycandan havalanıb, digər tərəfdən də iddia edilir ki, Şamaxıda yəhudi qəbristanlığı təhqir edilib. Yəni bir tərəfdən İranla aramızı vurmaq istəyirlər (İsrail uçağının Azərbaycandan havalandığını iddia edən bir yəhudi nəşridir), digər tərəfdən də yəhudi qəbristanlığı məsələsini ortaya atırlar (mümkündür ki, bunu da İran dövriyyəyə buraxmış olsun). Çözülməsi bir az çətin olan məsələdə 3-cü tərəf var bəlkə? Bizi dünyanın indiki qarışıq durumunda pis-yaxşı güney qonşumuz İranla və strateji tərəfdaşımız İsraillə eyni zamanda üz-üzə gətirmək istəyənlərin olması təbiidir.

Bir də bir yəhudi jurnalist “Azadlıq” radiosunun Azərbaycan xidmətinin qapadılmasının doğru olacağı fikrini söyləyib. Düzü, media qurumlarının qapadılmasının tərəfdarı olmasam da bu xanımın fikrinə heç də pis baxmıram. Çünki “Azadlıq” radiosu bir media qurumu olmaqdan daha artıq ABŞ rəsmi dövlət siyasətinin təbliğatçısıdır və Azərbaycan kimi ölkələrdə ictimai rəyi öz xeyrinə dəyişməyə xidmət edir. Bizə bu lazımdırmı? Məncə, qətiyyən lazım deyil! O baxımdan yəhudi jurnalistin fikrini qəribçiliyə salmağı düzgün saymıram.

Uzun illərdir QHT sektorunda külüng çalan və bu sektorun hər yönünü yetərincə yaxşı mənimsəmiş dostlarımızdan biri Sahib Məmmədov bugünlərdə maraqlı bir fikrə imza atıb. QHT-çilərin yaxşı bildiyi GONGO-larla bağlı.

Əsas mətləbə keçməzdən öncə GONGO-nun nə olduğunu açıqlayım, sonra söhbətə davam edərik.

GONGO ingilis dilində “A Government Organized Non-Governmental Organization” sözlərinin baş hərfləridir. Mənası isə “hökumətin qurduğu qeyri-hökumət təşkilatı”dır.

Okeanın o tayında bağlantıları olan bəzi donosbazlar xoşlarına gəlməyən Azərbaycan QHT-lərini ordakı ağalarına GONGO kimi təqdim edirlər. Bu yolla da o təşkilatları gözdən salıb özlərinin daha önəmli olduqlarını iddia edirlər.

İndi Sahib bəy də bir sual verir ki, bu GONGO pis şeydirsə, niyə ABŞ-ın birbaşa dövlət maliyyəsilə fəaliyyət göstərən təşkilatlarla işbirliyi içində olanlar buna göz yumur?

Doğrudan da, necə olur ki, NED (National Endowment for Democracy – Milli Demokratiya Fondu), NDI (National Democratic Institute – Milli Demokratiya İnstitutu), IRI (International Republican Institute – Beynəlxalq Respublikaçılar İnstitutu), Freedom House (Azadlıq Evi), Freedom Forum (Azadlıq Forumu), Human Rights Watch (İnsan Haqlarını Müşahidə) kimi təşkilatlar ABŞ hökumətindən birbaşa və ya dolayısıyla pul alıb fəaliyyət göstərəndə GONGO olmurlar, örnək üçün, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından pul alan yerli QHT-lərimiz GONGO elan edilir? Bu suallarda məntiq var və okeanın o tayına donos göndərənlərin cavabları mənim üçün həqiqətən də maraqlı olardı.

Hələ bunları bir yana qoyaq. Öz dövlətindən pul alıb öz xalqına xidmət etməkmi yaxşıdır, yoxsa başqa dövlətdən pul alıb öz dövlətində hər şeyin qapqara rəngdə olduğunu iddia etməkmi? Bu gün Azərbaycanda yüzlərlə QHT öz dövlətimizin puluyla ölkəmiz üçün çox faydalı işlər görür və bundan kimsənin zərər gördüyü yoxdur. Amma ABŞ GONGO-larından milyonlarla pul alıb göyə sovuranlardan bu millət zərrə qədər də fayda görmür. Çünki pul xaricdən gəldiyi üçün sifariş də ordan gəlir...

Bir də maraqlı bir izlənimim var. Türkiyədə prezident seçkisi başa çatdı. Müxalifətin ortaq namizədi seçkini uduzdu, abırlı bir şəkildə ortalıqdan çəkildi və jurnalistlərin suallarına son cavabı da bu oldu ki, “mənim sözüm bitmişdir artıq”. Və qalib gəlmiş namizədi təbrik də etdi ki, bu da normal siyasi etikanın tələbləri çərçivəsindədir. Deyirəm, bizdə də belə bir seçki 10 ay öncə olmuşdu, amma... Ammasını da oxuculara buraxaq.

Bunlar mənim son günlərin olaylarına münasibətim idi. Düşündüm ki, hər kəsin mövqeyini ortaya qoyması gərək olduğu bir zamanda biz də mütləq sözümüzü deməliyik. Kiminsə xoşuna gəlib-gəlməyəcəyindən asılı olmayaraq...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
Qabiliyyət imtahanlarına start verildi
17:33 21.06.2025
Qabiliyyət imtahanlarına start verildi
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
17:16 21.06.2025
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
17:00 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib