İsrail və ABŞ arasında gərginlik: “Fikir ayrılığı var, atəşkəs olmayacaq”

İsrail və ABŞ arasında gərginlik: “Fikir ayrılığı var, atəşkəs olmayacaq”
DÜNYA
12:26 14.12.2023
131
Müharibə başlayandan bəri birləşən Təl-Əviv və Vaşinqton arasında gərginlik yaranıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ABŞ ilə bəzi fikir ayrılıqlarının olduğunu və Qəzzada atəşkəsi qəbul etməyəcəklərini bildirib.

İsrail Baş Nazirliyinin sözçüsü Gendelman videokonfrans platforması vasitəsilə mətbuat konfransı keçirib

Gendelman görüşdə vurğulayıb ki, atəşkəs HƏMAS-a yenidən toparlanmaq və istirahət etmək imkanı verəcək, ona görə də buna imkan verməyəcəklər.

Bildirilib ki, dünən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında atəşkəs çağırışı ilə bağlı qərar da rədd edilib.

İsrail və ABŞ müharibə başlayandan bəri birlik nümayiş etdirdilər. Ancaq indi iki tərəf arasında soyuq küləklər əsir.

Gendelman ABŞ-nin HƏMAS-a qarşı müharibəni dayandırmaq üçün təzyiqlərə qarşı Təl-Əvivin yanında olduğunu, lakin iki ölkə arasında bəzi fikir ayrılıqlarının olduğunu qeyd edib. O, bu səbəbdən atəşkəsin olmayacağını bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR