İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra “qaynar xətt” YARATDI

İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra “qaynar xətt” YARATDI
DÜNYA
21:56 21.05.2025
952
İsrail və Türkiyə Suriyada hərbi fəaliyyətlərə dair prinsipial razılığa gəliblər.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin "Israel Hayom” nəşri yayıb.

Məlumata əsasən, razılaşma Azərbaycanda bir neçə həftə ərzində aparılmış danışıqların nəticəsində əldə olunub və iki ölkənin orduları arasında hərbi toqquşmaların qarşısının alınmasına yönəlib.
Tərəflər Suriyada İsrail və Türkiyə qüvvələri arasında qarşıdurma riskini minimuma endirəcək prinsiplər üzərində razılığa gəliblər.

Bundan əlavə, İsrail və Türkiyə Suriyadakı qüvvələri arasında koordinasiya və insidentlərin qarşısını almaq məqsədilə "qaynar xətt” yaradıblar.

Qeyd edək ki, Türkiyə və İsrail rəsmiləri Suriya ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün aprel ayından bəri Bakıda görüşürlər.

"Middle East Eye” tezliklə Azərbaycanda İsrail və Türkiyə arasında danışıqların beşinci raundunun keçiriləciyini bildirib.
OXŞAR XƏBƏRLƏR