İsrail XİN Papanın ölümü ilə bağlı dərc olunan başsağlığını dərhal silib

İsrail XİN Papanın ölümü ilə bağlı dərc olunan başsağlığını dərhal silib
DÜNYA
23:36 22.04.2025
153
İsrailin Xarici İşlər Nazirliyi rəsmi sosial media səhifələrində Papa Fransiskin ölümü ilə bağlı verdiyi başsağlığını dərhal silib.

Bu barədə "Jerusalem Post” qəzeti məlumat yayıb.

Qəzet Xarici İşlər Nazirliyi tərəfindən idarə olunan "X” hesabında yayımlanaraq silinən başsağlığının "skrinşot”unu da təqdim edib.

Başsağlığı papanın Qüdsdəki Qərb Divarında dua etdiyi anı əks etdirən fotoşəkillə paylaşılıb olunub.

"The Jerusalem Post” yazır ki, bu mesajlar XİN-in "Instagram” və "Facebook” səhifələrində də yerləşdirilib.

Nazirlik rəsmiləri qəzetə bildiriblər ki, materiallar səhvən dərc edilib və İsrailin Papa ilə bağlı mövqeyi onun İsrail-Fələstin münaqişəsi ilə bağlı açıq bəyanatları ilə əlaqəlidir.
 
///APA
OXŞAR XƏBƏRLƏR