İsrail ordusunun xüsusi təyinatlıları Livanla sərhəd qəsəbəsində hücum həyata keçirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu sərhədin düz yaxınlığında yerləşən Ayta əş-Şaab qəsəbəsinə hücumla bağlı açıqlama verib.
Açıqlamada İsrail ordusunun xüsusi təyinatlılarının hücumu Livanın Ayta əş-Şaab qəsəbəsində təhlükəni aradan qaldırmaq üçün həyata keçirdiyi bildirilib.
Həmçinin qeyd olunub ki, İsrail döyüş təyyarələri Livanın Kefrkilla qəsəbəsində Hizbullanın tank əleyhinə raket buraxılış qurğusuna hava hücumu həyata keçirib.
Hizbullahın mətbuat katibi Rana Sahil bildirib ki, İsrail əsgərləri Livan ərazisinə daxil olmayıb.
Mikayıl