İsraildə girovların azadlığı ilə bağlı ümummilli tətil başlayıb

İsraildə girovların azadlığı ilə bağlı ümummilli tətil başlayıb
DÜNYA
15:39 17.08.2025
351
 
Bazar günü səhər saatlarından etibarən ölkə üzrə ümummilli tətil başlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Girovların ailələri, yaxınlarının azad olunması üçün razılaşma imzalamağı tələb edirlər.

Tətil "Oktyabr Şurası” tərəfindən təşkil olunub. Şura, 7 oktyabr 2023-cü ildə İsrailin cənubunda HAMAS-la aparılan əməliyyatlarda həlak olanların ailələrinin bir hissəsini və girovların yaxınlarını təmsil edir. Aksiyaya həmçinin Girovlar və İtkin Düşənlər Forumunun üzvləri də qoşulublar.

Forum şənbə gecəsi bildirib ki, gün ərzində yalnız Təl-Əvivdəki Girovlar Meydanından təxminən bir milyon insan keçəcək. Bundan əlavə, İsrailin müxtəlif bölgələrində yüzlərlə başqa məkanlarda keçiriləcək tədbirlərə on minlərlə insanın qoşulacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR