İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA

İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
DÜNYA
16:06 27.10.2026
360
İsraildə parlament seçkiləri keçirilir. 

Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı, yaxud müxalifətin üstünlük qazanacağı əsas müzakirə mövzularından birinə çevrilib. 

Seçkilərin nəticələrinin yalnız İsrailin daxili siyasətinə deyil, bütövlükdə Yaxın Şərqdəki proseslərə də təsir göstərəcəyi gözlənilir.

Bəs Netanyahu hakimiyyətini qoruyub saxlaya biləcəkmi? Müxalifətin qələbəsi İsrailin xarici siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova AZXEBER.COM-a açıqlamasında bildirib ki, seçkilərin nəticələri İsrailin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, İsraildə mövcud seçki sistemi hökumətin formalaşdırılmasında koalisiyaların rolunu artırır:


"İsrail parlamenti olan Knesset 120 deputatdan ibarətdir. Ölkədə proporsional seçki sistemi tətbiq olunur və seçicilər partiya siyahılarına səs verirlər. 

Parlamentə daxil olmaq üçün minimum 3,25 faiz səs toplamaq tələb olunur. İndiyədək heç bir partiya təkbaşına 61 mandat qazana bilmədiyindən hökumətlər koalisiya əsasında formalaşdırılıb”.

Politoloq qeyd edib ki, seçki mübarizəsinin əsas simaları arasında Benyamin Netanyahu və İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot xüsusi yer tutur:

"Netanyahu İsrail tarixində ən uzun müddət baş nazir vəzifəsini icra etmiş siyasətçidir. O, ilk dəfə 1996-cı ildə hakimiyyətə gəlib, 2009-cu ildə yenidən hökumətə rəhbərlik edib, 2022-ci ilin dekabrında isə baş nazir postuna qayıdıb. Lakin hazırkı seçki mühiti əvvəlkilərdən ciddi şəkildə fərqlənir. 

Xüsusilə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu və bununla bağlı hökumətin məsuliyyəti məsələsi siyasi müzakirələrin əsas mövzularındandır”.

Ş.Həsənova bildirib ki, Netanyahuya qarşı irəli sürülən korrupsiya, dələduzluq və etimaddan sui-istifadə ittihamları da siyasi proseslərə təsir edən amillərdəndir:

"Bu ittihamlarla bağlı məhkəmə prosesləri davam edir. Netanyahu isə ittihamları qəbul etmir. Digər tərəfdən, seçki sorğularından birində Qadi Ayzenkotun baş nazir vəzifəsinə daha uyğun namizəd olduğunu düşünənlərin payı 44 faiz, Netanyahuya dəstək verənlərin payı isə 38 faiz təşkil edib. Bununla belə, sorğuların nəticələrini seçkilərin yekun nəticəsi kimi qiymətləndirmək düzgün olmaz”.

Ekspertin fikrincə, seçici fəallığı da seçkilərin nəticələrinə ciddi təsir göstərə bilər:

"İsrail mətbuatında yayılan məlumatlara əsasən, əvvəlki seçkilərdə fəallığı ilə seçilən sağçı və ultraortodoksal seçicilər arasında müəyyən məyusluq müşahidə olunur. Bunun nəticələrə necə təsir edəcəyini isə yalnız səsvermədən sonra müəyyənləşdirmək mümkün olacaq”.

Politoloq vurğulayıb ki, müxalifət hakimiyyətə gəlsə belə, İsrailin xarici siyasətində köklü dəyişikliklərin baş verəcəyi gözlənilmir:

"Düşünürəm ki, hətta müxalifət qalib gəlsə belə, İsrailin xarici siyasətində fundamental dəyişikliklər olmayacaq. HƏMAS-ın zəiflədilməsi, ‘Hizbullah’ın tərksilah edilməsi və İranla bağlı təhlükəsizlik məsələləri ölkənin əsas prioritetləri sırasında qalacaq. Eyni zamanda ABŞ-la strateji tərəfdaşlığın qorunması və Vaşinqtonla koordinasiyanın davam etdirilməsi İsrailin xarici siyasətinin əsas istiqamətlərindən biri olacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək