İsrailin baş naziri Azərbaycana gələcək

İsrailin baş naziri Azərbaycana gələcək
DÜNYA
13:38 06.07.2016
1338

İsrailin baş naziri Benyamin Netanyahu Qazaxıstana və “ola bilsin” Azərbaycana səfərə hazırlaşdığını bəyan edib. 

Baş nazir bu haqda Keniyaya səfəri zamanı bildirib.

Netanyahu onu Afrina turnesində müşaiyət edən jurnalistlərlə söhbətində deyib ki, İsrail Fələstin məsələsində mövqelərini möhkəmləndirmək və diplomatik əlaqələrini genişləndirmək üçün yeni alyanslar qurur. Netanyahu bu çərçivədə “qış aylarında” Qazaxıstana və Azərbaycana səfər edəcəyini deyib. Lakin o səfərin konkret tarixini açıqlamayıb.

OXŞAR XƏBƏRLƏR