İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
SİYASƏT
19:03 31.07.2021
1056
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib.

İqtisadiyyat Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, tədbir iqtisadi tərəfdaşlığın inkişafına, biznes dairələri arasında əlaqələri dərinləşdirməyə istiqamətlənmiş təşəbbüslər üçün əhəmiyyətli platformadır. İsraildə açılan Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri iş adamları arasında əməkdaşlığın genişlənməsi üçün yeni mexanizmlərdir və qeyri-neft ixracının artırılması, biznes və investisiya mühitinin təşviqi, qarşılıqlı investisiyaların cəlb olunması, həmçinin turizm əlaqələrinin inkişafına fayda verəcək.

Mikayıl Cabbarov ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiya, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və sair sahələrdə tərəfdaşlıq üçün böyük potensialı diqqətə çatdırıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizin təbii ehtiyatları, avtomobil və dəmir yolları şəbəkəsinin, hava limanlarının tikintisi, yeni nəqliyyat dəhlizlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması investorlar üçün geniş imkanlar yaradır. Bununla yanaşı, "Ağıllı şəhər”, "Ağıllı kənd”, "Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün müvafiq addımlar atılır. İqtisadiyyat naziri İsrail şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, iqtisadi potensialından yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

İşgüzar Dəyirmi Masada Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-İsrail əlaqələrinin uğurlu inkişafını, keçirilən tədbirlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib, qlobal çağırışlara uyğun yeni əməkdaşlıq istiqamətləri, o cümlədən "Yaşıl enerji” layihələrində birgə iştirak barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində İsrailin "OurCrowd” şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə startap layihələrinə sərmayə qoyuluşu, İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiqi, innovasiyalar, ekosistemin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Memorandumda əksini tapan məsələlərin reallaşdırılması yeni texnologiyaların sürətlə mənimsənilməsinə, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsinə, dövlət qurumlarının və biznesin yeni çağırışlara çevik uyğunlaşmasına töhfə verəcək.

Qeyd edək ki, 2013-cü ildə qurulan "OurCrowd” şirkəti İsrailin vençur investisiya şirkətidir. Qiymətli kağızlar üzrə dünyanın ən böyük kütləvi maliyyələşdirmə platformalarından olan şirkət süni intellekt, texnologiya, nəqliyyat, enerji, səhiyyə, təhlükəsizlik və digər sahələrdə fəaliyyət göstərən startap şirkətlərinə investisiya qoyuluşu üzrə ixtisaslaşıb. Şirkət investorlar və qurumlar üçün startaplara, ilkin mərhələli şirkətlərə və vençur fondlara sərmayə qoyuluşu məqsədilə yatırım platforması təklif edir. "OurCrowd” şirkətinin qurucusu və baş direktoru Jonathan Medved İsraildə yüksək texnologiyalar sahəsində tanınmış mütəxəssis və vençur investorudur.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayevin də iştirak etdiyi İşgüzar Dəyirmi Masada İsrail şirkətlərin təqdimatı dinlənilib, aparıcı şirkətlərlə ikitərəfli görüşlər keçirilib. Müzakirələrdə İsrail şirkətləri əməkdaşlığın genişləndirilməsində və yeni əlaqələrin qurulmasında maraqlarını ifadə ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”