İsrail hərbi aviasiyasının İranın Gilan əyalətində əhalinin sıx məskunlaşdığı əraziyə aviazərbələri nəticəsində 9 nəfər dinc sakin ölüb, 33-ü isə yaralanıb.
AZXEBER.COM APA-ya istinadən xəbərinə görə, bu barədə əyalət rəhbərliyi məlumat yayıb.
Yaralıların arasında 16 nəfər qadın va uşaq olduğu qeyd edilib. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, 28-i isə ambulator müalicəyə buraxılıb.
Bildirilib ki, hava reydi zamanı 4 yaşayış binası dağıdılıb, ətrafdakı tikililərə isə ciddi ziyan dəyib.