İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 95 fələstinli həlak olub

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 95 fələstinli həlak olub
DÜNYA
09:09 01.07.2025
193
İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində onlarla insan həlak olub.

Bu barədə Qətərin "Al Jazeera” telekanalı məlumat yayıb.

İsrail ordusunun Qəzzada kafe, xəstəxana, məktəb və ərzaq paylama məntəqələrinə hücumu nəticəsində azı 95 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Telekanal bildirib ki, İsrail hava qüvvələrinin Qəzza şəhərinin şimalında ad günü mərasiminə toplaşan qadın və uşaqlar da daxil olmaqla insanlarla dolu dənizkənarı kafeyə endirdiyi hücumda 39 nəfər həlak olub.

Bazar ertəsi də İsrail qüvvələri Qəzza şəhərində yüzlərlə məcburi köçkün fələstinlinin sığındığı Yafa məktəbini bombalayıb.
 
/Report
OXŞAR XƏBƏRLƏR