İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak oldu

İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak oldu
DÜNYA
11:37 02.05.2025
238
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrini bombalaması nəticəsində 10 fələstinli həyatını itirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza şəhərinin şimal-qərbindəki Şeyx Radvan məhəlləsində Əl-Əhli İdman Klubunun yaxınlığındakı evi bombalayıb, iki fələstinli həlak olub.

İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzindəki Bureyc Qaçqınlar Düşərgəsindəki evi bombalaması nəticəsində 7 fələstinli həlak olub.

Qəzzanın cənubundakı Xan Yunus şəhərinin Kiyzan ən-Nəccar bölgəsində İsrailin əvvəlki hücumlarında yaralanan bir nəfər ölüb.

İsrail ordusunun Xan Yunisin Şeyx Nasir məhəlləsindəki evi hədəf alması nəticəsində bir körpə və bir yaşlı qadın olmaqla 3 nəfər yaralanıb.
 
 
Gülay

OXŞAR XƏBƏRLƏR