İsrailin xarici işlər naziri Bakıdadır

İsrailin xarici işlər naziri Bakıdadır
Bütün Xəbərlər
10:18 23.04.2012
916
İsrail mediasının xəbərinə görə aprelin 22-də axşam bu ölkənin xarici işlər naziri Avigdor Lieberman Bakıya rəsmi səfərə gəlib.
Nazir aprelin 23-də prezident İlham Əliyev və başqa rəsmi şəxslərlə görüşəcək.France Press agentliyinin məlumatına görə Avigdor Lieberman Azərbaycanla diplomatik əlaqələrin 20 illiyi münasibətilə çıxış edəcək, Bakıda yəhudi icması ilə görüşəcək və İsrail Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcək.İsrailin Xarici İşlər nazirinin Bakıya rəsmi səfəri iki gün davam edəcək. Avigdor Lieberman Bakıdan İsveçrəyə səfərə gedəcək.Bu ilin fevralında Azərbaycanın İsraildən 1.6 milyard dollarlıq silah alması barədə xəbərlər yayılıb. İsraillə çəkişmədə olan Iran bundan narahat olsa da Azərbaycan rəsmiləri həmin silahıların İrana qarşı yönəlmədiyini bildiriblər.Bundan az sonra ABŞ mediasında Azərbaycanın öz hava limanlarıdnan birini İsrailin istifadəsinə verməsi barədə məlumat yayıldı. Bakı bu xəbəri təkzib edib.azadliq.info
OXŞAR XƏBƏRLƏR