İşsizlər və iş axtaranlar üçün MÜHÜM XƏBƏR - Gələn aydan yeni platforma istifadəyə verilir

İşsizlər və iş axtaranlar üçün MÜHÜM XƏBƏR - Gələn aydan yeni platforma istifadəyə verilir
SOSİAL
13:00 18.04.2022
559
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əmək Münasibətləri və Məşğulluq” altsisteminin (ƏMAS) hazırlanması işlərini artıq başa çatdırır. Hazırda sınaq işləri gedir. Gələn ayın əvvəlindən bu e-platformanın istifadəyə verilməsi nəzərdə tutulur.

AZXEBER.COM xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ƏMAS-ın hazırlanması ilə bağlı aparılan işlərə dair keçirilən iclasda bildirib.

Nazir vurğulayıb ki, bu altsistem bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması rolunu oynayacaq və rəqəmsal kadr uçotu sisteminin qurulmasını təmin edəcək. Yeni e-platforma həm işəgötürənlər, həm də işçilər, eləcə də işsiz və işaxtaran şəxslər üçün mühüm dəstək olacaq.

S.Babayev bildirib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS məşğulluq xəritəsini, həmçinin məşğulluq reyestrini formalaşdırmağa, elektron birja və elektron peşə təliminə də şərait yaradır.

Qeyd edilib ki, altsistem işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artırmaqla, onların bu proqramlara cəlb olunması prosesinin daha operativ təşkilinə imkan verəcək.

Əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və s. məsələlərdə də altsistem öz dəstəyini göstərəcək.

İclasda ƏMAS-ın hazırlanması, yeni e-platformanın sınaqdan keçirilməsi işlərinə dair müzakirələr aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı