İstanbul Aydın Universitetində Azərbaycanın tanıtım stendi açılıb - FOTOLAR

GƏNCLİK
04:03 17.05.2015
2240
Türkiyənin İstanbul Aydın Universitetində universitetdə təhsil alan xarici tələbələrin öz ölkələrini tanıtması məqsədilə ənənəvi olaraq təşkil edilən növbəti Beynalxalq Gün baş tutub. 
 Beynəlxalq Gün çərçivəsində universitetdə Azərbaycan Respublikasının tanıtım stendi açılıb. Stenddə Azərbaycanı əks etdirən rəmzi suvenirlər, fotolar, kitablar, Bakıda keçiriləcək I Avropa oyunlarından bəhs edən materiallar təqdim olunub. Eyni zamanda qonaqlara Azərbaycan mətbəxi ilə tanış olmaq imkanı yaradılıb. Azərbaycanlı tələbələrin ifasında təqdim olunan milli rəqslər xüsusi diqqət çəkib.
Tanıtım stendini universitet təmsilçiləri və digər xarici tələbələr ziyarət edərək, böyük maraq göstəriblər.
Qeyd edək ki, İstanbul Aydın Universiteti Türkiyədə azərbaycanlı gənclərin ən çox seçdiyi universitetlər sırasında ilk pillərdə gəlir.

OXŞAR XƏBƏRLƏR