İstanbul Kültür Universitetində həlak olan neftçilərimiz anılıb
Bütün Xəbərlər
01:36 12.12.2015
1014
Xəzər dənizinin “Günəşli” yatağındakı yanğında və “Neft Daşları”ndakı qəzada həlak olan və itkin düşən neftçilərimiz dünyanın müxtəlif ölkələrində təhsil alan tələbələrimiz tərəfindən də anılır. Belə anım tədbirlərindən biri də İstanbul Kültür Universitetində azərbaycanlı və türkiyəli tələbələr tərəfindən də keçirilib. Türkiyədəki Azərbaycan Gənclik Platformasının təşkil etdiyi tədbirdə itkin düşən və həlak olan neftçilərimiz yad edilib.Mərasimdə Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev çıxış edərək iştirakçılara Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdikləri üçün təşəkkür edib. Toplantı iştirakçıları faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzu ediblər.