Fariz Vəliyev: " Birinci Avropa Oyunlarının təbliği çox vacibdir"
Türkiyənin İstanbul Kültür Universitetində Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək. Bu barədə Editor.az-a açıqlamasımda universitetin tələbəsi, təqdimatın təşkilatçısı Fariz Vəliyev məlumat verib.
F.Vəliyev qeyd edib ki, Azərbaycanda Birinci Avropa Oyunlarının keçirilməsi ölkəmiz adına olduqca mühüm addımdır və bu oyunların dünyanın müxtəlif ölkələrində təbliği çox vacibdir: "Biz də İstanbul Kültür Universitetində təhsil alan azərbaycanlı tələbələr olaraq düşündük ki, ölkəmizin böyük uğuru olan bu Birinci Avropa Oyunlarının universitetimizdə təqdimatını keçirəcək. Təqdimat zamanı türkiyəli və digər xarici tələbələrə Azərbaycan və Avropa Oyunları ilə bağlı geniş məlumat veriləcək, video və foto materiallar nümayiş etdiriləcək. Təqdimatda universitet rəhbərliyi, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, İstanbul Gənclər və İdman idarəsinin nümayəndələri, Türkiyənin tanınmış idmançıları və digər mühüm qonaqlar iştirak edəcək. İnanırıq ki, reallaşdıracağımız təqdimat İstanbul Kültür Universitetinin tələbələrində Azərbaycan və Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı geniş təəssüratlar doğuracaq. Təqdimatımıza verdiyi dəstəyə görə, İstanbul Kültür Universitetinin rəhbərliyinə təşəkkür edirik".