İstanbul səfərimin analizi: biz böyük millətik! - KÖŞƏ

İstanbul səfərimin analizi: biz böyük millətik! - KÖŞƏ
KÖŞƏ
14:55 28.02.2012
1902
Aydın Xan Əbilliİstanbul səfərimin analizi: biz böyük millətik! Dünya Azərbaycanlıları Günü! Dünən dünya türklərinə kədərlə gülümsəyən İstanbul bu gün göz yaşlarını saxlayammadı: Xocalı soyqırımının 20-ci illiyinə həsr olunmuş möhtəşəm yürüş-mitinq zamanı Türk Dünyasının baş kəndində hava ideal idi, amma bu səhər yaman yağış başladı... Əslində dünən bütün dünyada - xüsusən də Bakı və İstanbulda keçirilən tədbir o qədər xoşuma gəldi ki, mütləq cəmiyyətimizə bu təklifi verməliydim: 26 fevral Dünyanın 50 milyonluq Azərbaycanlıların birləşmə Günü elan edilməlidir... Təəssüflər olsun ki, bizi yalnız kədər birləşdirir: sevincli anlarda tez başımızı itiririk və parçalanırıq... Əslində Avroviziondakı qələbəmiz kimi faktlar da bunu sübut edir! İstanbul tədbiri bir daha sübut etdi ki, Azərbaycan dövləti artıq dünya dönəmində çevikcəsinə şəbəkələşə, böyük aksiyalar keçirmək üçün toparlaşa bilir... Bakı yürüş-mitinqi isə Prezident İlham Əliyevin ətrafında xalqın mərkəzləşdiyini əyani sübut edir. İndiki halda, düşmənlərimizin diş qıcdıqları vaxtda isə bunu bir daha dünyaya sübut etmək üçün əla fürsət və fakt idi bu hadisə... Dünyanın hər yerindən azəri gənclərinin bu tədbirə qatılması, xüsusən də əslən güneydən olan soydaşlarımızın dəstəyi çox romantik duyğular bizə yaşatdı: BÜTÖV AZƏRBAYCAN gördüm orada - bu isə ən böyük arzum, onu gerçəkləşdirməsəm, ölən deyiləm... Mitinqdə biz bir daha Türkiyədə stavka edəcəyimiz qüvvələri tanıdıq - Anadoludan olan əslən azəri türklərimiz, sağçılar və milliyyətçilər, ideya adamları: iqtidarda olan partiya və solçulara maya qoymağın heç bir mənası yoxdur - onlar, Marqaret Tetçerin sözü olmasın, əbədi dostlar deyillər, sadəcə maraq yoldaşlarıdır... Sadə türk millətçisi - xüsusən də gənclər və Azərbaycana bircə dəfə gəlib işləyən, oxuyan, gəzən türklər bizimlə idilər - çünki Türkiyəni onlardan çox sevdiyimizi anlayırlar... Mitinqdə Türkiyə cəmiyyətinin dəhşətli dərəcədə parçalandığının şahidi oldum: solçu, sağçı, milliyyətçi, dinçi, qalatasarayli, beçikdaşsevənlər, nurçu, asiyalı, avropalı, anadolulu və s. Hətta Türkiyə Daxili İşlər naziri mitinqdə çıxış edən zaman milliyətçilər ulayıb ona etiraz edirdilər... Sadə insanlara Azərbaycan və Qarabağ həqiqətlərini yedirdə bilmişik: şəhərdə kimi dindirirdiksə, bu barədə məlumatlıydılar... Şəhərdə və metrolarda Xocalı həqiəqtlərini anladan, tədbirə dəvət edən plakatların da öz təsiri vardı. Yeri gəlmişkən, bu hadisə və tədbir barədə geniş məlumat verən yazılı və elektronKİV-lərə, İnternet resurslarına Azərbaycan dövləti sosial və mədəni reklamlar verməli, onlara maddi yardım etməkdən çəkinməməlidir! İstanbul tədbirində deputat və müğənnilərin qabağa verilməsini, manısların zəif çıxışını hələ də anlaya bilmirəm... İstanbul səfərimlə və möhtəşəm tədbirlə bağlı təəssüratlarım hələlik bu qədər, qalanını sonra yazaram... P.s, İstanbul, İzmir, Bursa, Ankara, Anadolu kimi bölgələrdə oxuyan azəri tələbələrinin bir çoxu mənlə virtual dost idilər: Feysbukda yazışsaq da, ünsiyyət saxlasaq da, tədbirdə gəlib canlı görüşdük, uşaqların çoxu kitablar paylayır, bayraq və plakatlar gəzdiridilər, mitinqə böyük dəstək verirdilər: alınlarından öpürəm, sağ olun ürəklərim...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub