İstanbul Türk Ocağının gənc təmsilçilərinin Bakıya səfəri başa çatdı - FOTOLAR

GƏNCLİK
13:44 16.09.2013
4731

“İslahatçı Gənclər” İctimai Birliyinin dəvəti ilə Bakıda səfərdə olan İstanbul Türk Ocağı Gənclik Qolları başqanı Barış Onur Sarqın və Türk dünyası üzrə koordinator Almıla Maraş Bakıda görüşlərini başa çatdırıb. Bu barədə məlumatı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı verib. Onun sözlərinə görə, qonaqlar ilk öncə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyev və dünya şöhrətli oftolmoloq Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra Şəhidlər Xiyabanı və Türk şəhidliyi ziyarət olunub.

Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədovla baş tutan görüşlərdə türkiyəli gənclər iki ölkə arasındakı münasibətlərdə gənclərin rolu mövzusunda müzakirələr aparıblar.

Qonaqlar daha sonra “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim və Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovailə görüşüblər.

İstanbul Türk Ocağı Gənclik Qollarının təmsilçiləri eyni zamanda Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresinə qatılıblar. Konqres çərçivəsində türkiyəli gənclər Millət vəkili Ceyhun Osmanlı, TÜRKPA-nın baş katibi Ramil Həsənov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərovla görüşüblər.

Qeyd edək ki, türkiyəli qonaqlar bundan əvvəl Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri Nizami Cəfərov, Qənirə Paşayeva, İqbal Məmmədov, Musa Qasımlı, Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdullayev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovla görüşüblər.

Bakı səfərindən yüksək razılıqlarını ifadə edən İstanbul Türk Ocağı Gənclik Qollarının təmsilçiləri Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini və ölkəmizdəki dövlət gənclər siyasətinin bütün türk dünyasına örnək olduğunu qeyd ediblər.

 

OXŞAR XƏBƏRLƏR