İstanbul Valisi azərbaycanlı gəncləri qəbul etdi - FOTOLAR

İstanbul Valisi azərbaycanlı gəncləri qəbul etdi -  FOTOLAR
GƏNCLİK
01:27 15.11.2013
2596

"İslahatçı Gənclər" İctimai Birliyinin nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində rəsmi səfərdədir. Birliyin sədri Fərid Şahbazlının rəhbərlik etdiyi, baş katib Hacıbəy Heydərli, Türkiyə təmsilçisi Zemfira Əliyeva və İstanbul Türk Ocağı Gənclik Qolları kordinatoru Almıla Maraşın daxil olduğu nümayəndə heyəti İstanbulda mühüm görüşlər keçirib.

"İslahatçı Gənclər" İctimai Birliyinin nümayəndə heyətini İstanbul Valisi Hüseyin Avni Mutlu qəbul edib. Valilikdə baş tutan rəsmi qəbulda Hüseyin Avni Mutlu Azərbaycan-Türkiyə münasibətlərinin dostluq, qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu və bu münasibətlərin inkişafında iki ölkənin gənclərinin də mühüm rol oynadığını qeyd edib.

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan-Türkiyə münasibətlərinin dərin tarixi köklərə əsaslandığını və bu gün də ən yüksək səviyyədə davam etdiyini bildirib. O, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altından aparılan olduqca uğurlu dövlət gənclər siyasətindən söz açaraq, iki ölkə gəncliyinin Türk Dünyasını maraqlandıran mövzular ətrafında birgə fəaliyyət göstərməsini vacib sayıb. İB sədri Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin prinspial mövqeyindən söz açaraq, Azərbaycanın da daima Türkiyənin narahat edən mövzulara böyük həssaslıq və diqqətlə yanaşdığını bildirib.

İstanbul Valisi Hüseyin Avni Mutlu İstanbulun inkişafı və modernləşməsindəki xidmətlərinə görə, "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən "Türk Dünyasına Xidmət" Mükafatı ilə təltif olunub.

"İslahatçı Gənclər" İctimai Birliyinin nümayəndə heyəti daha sonra "Akşam", "Günəş" qəzetləri, "SkyTürk360" televiziyası, bir neçə radio və dərginin daxil olduğu "TürkMedya" Qrupunda olub. "TürkMedya" Media Qrup Başqanı Cengiz Özdəmirlə görüşən gənclər Azərbaycan Türkiyə münasibətlərində medianın rolu və qardaş ölkənin mətbuatında Azərbaycan gənclərinin təmsilçiliyi mövzusunda söhbət ediblər. "TürkMedya" Media Qrup Başqanı Cengiz Özdəmir Birlik tərəfindən uğurlu qəzetçilik fəaliyyətinə, Azərbaycanla bağlı gerçəklərin obyektiv təqdimatına görə, "Türk Dünyasına Xidmət" Mükafatı ilə təltif edilib.

"İslahatçı Gənclər" İctimai Birliyinin nümayəndə heyəti daha sonra AK Parti İstanbul Gənclik Qolları başqanı Qiyasəddin Gərginlə görüşüblər. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərində gənclərin rolu və görülə biləcək birgə layihələr müzakirə olunub.

"İslahatçı Gənclər" İctimai Birliyinin İstanbula rəsmi səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək