İstanbul vağzalında ardıcıl partlayışlar

İstanbul vağzalında ardıcıl partlayışlar
Bütün Xəbərlər
10:46 29.12.2015
1020
Yük maşını Ukrayna qeydiyyat nömrəli olub.
İstanbulun Asiya tərəfində Heydərpaşa vağzalında ardıcıl partlayışlar olub, Lifenews xəbər verir.
Detonasiya nəticəsində yanğın baş verib. Hadisə yerində yanğınsöndürənlər və təcili yardım xidmətlərinin əməkdaşları işləyir.
Şahidlərin sözlərinə görə, onlar 4-5 partlayış səsi eşidiblər. İlkin məlumatlara görə, vağzalın ərazisində saxlanılmış yük maşınının yanacaq çəni partlayıb.
Yük maşını Ukrayna qeydiyyat nömrəli olub. Maşının sürücüsü hazırda xəstəxanaya çatdırılıb.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR