İstanbulda 42 mərtəbəli ticarət mərkəzində yanğın hadisəsi baş verib.
Səhər saatlarında İstanbul şəhərində42 mərtəbəli ticarət mərkəzində yanğın baş verib. AZXEBER.COM-unməlumatına görə, yanğının baş vermə səbəbi hələ ki, məlum deyil. Göydələnin yaxınlığındakı xəstəxana və benzindoldurma məntəqəsi təhlükəsizlik tədbirlərinə görə boşaldılıb. Yanğını söndürmə işləri davam edir. Ölən və yaralananlar barədə məlumat verilməyib.122 metr yüksəkliyindəki "Polat Tower" 2002-ci ildə istifadəyə verilib.
Ruslan Həsənzadə