İstanbulda Azərbaycanın Müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib- FOTOLAR

İstanbulda Azərbaycanın Müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib- FOTOLAR
SOSİAL
19:51 18.10.2016
941
 
Bugün Türkiyənin İstanbul Aydın Universitetində(İAU) Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş "Azərbaycan Türkiyə münasibətlərində gəncliyin rolu" adlı konfrans keçirilib. "İslahatçı Gənclər" İctimai Birliyi və İAU Beynəlxalq Tələbələr Birliyinin birgə təşkilatçılığı baş tutan tədbirdə 100-ə yaxın yerli və xarici tələbə iştirak edib.
Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanla bağlı tanıtım filmi konfrans iştirakçılarına təqdim edilib.

Konfransı giriş sözü ilə açan "İslahatçı Gənclər" İctimai Birliyi və İstanbul Aydın Universiteti Beynəlxalq Tələbələr Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verib. O, Azərbaycanın 25 ildə keçdiyi böyük inkişaf yolundan söz açaraq, ölkəmizin dünyada artan siyasi və iqtisadi nüfuzundan danışıb. F.Şahbazlı konfrans iştirakçılarına Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında geniş məlumat verib. 

Fərid Şahbazlı Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykəndiyini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsində hər iki qardaş ölkənin gəncliyinin üzərinə böyük və tarixi məsuliyyətin düşdüyünü diqqətə çatdırıb.

Daha sonra çıxış edən İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr Direktoru, professor Zafer Aslan Azərbaycan-Türkiyə münasibətlərinin tarixi ilə bağlı geniş məruzə edib. O, Türkiyənin Azərbaycanın keçdiyi böyük inkişaf yolundan böyük qürur və məmnunluq hissi keçirdiyini vurğulayıb. Professor İstanbul Aydın Universitetinin Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni etdiyini bildirib. 

İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr Direktorunun müavini Ayşe Deniz Özkan da çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin olduqda yüksək səviyyədə olduğuna və bu əlaqələrin müxtəlif sahələr üzrə daha da inkişaf etdirilməsinin zəruruliyinə diqqət çəkib. O, bu istiqamətdə gənclərin daima çalışmasına ciddi ehtiyac olduğunu vurğulayıb.

Daha sonra çıxış edən türk və azərbaycanlı tələbələr ölkələrimiz arasındakı tarixi dostluq, qardaşlıq əlaqələrindən bəhs edərək, hər iki ölkənin bütün platformalarda bir-biri dəstəklədiklərini bildiriblər. Gənclər bu münasibələrin daha da inkişafı üçün daima çalışacaqlarını bəyan ediblər.

Tədbir konfrans iştirakçılarının sualları ətrafında yaranan müzakirələrlə davam edib.

//Editor.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb