İstanbulda böyük mübarizə - Binəli Yıldırım uduzur?

İstanbulda böyük mübarizə - Binəli Yıldırım uduzur?
SOSİAL
11:10 01.04.2019
5356
Türkiyədə keçirilən bələdiyyə seçkilərində artıq 99, 69 % bülleten hesablanıb. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə açılmamış 99 sandıq qalıb.

Bir sıra şəhərlərdə nəticələr açıqlansa da, İstanbulla bağlı yekun rəy yoxdur. 

Son məlumata görə, Cümhur İttifaqının namizədi Binəli Yıldırım 48, 70 faiz səslə rəqibi Əkrəm İmamoğludan (48, 65 faiz) səslə irəlidədir. 

Rəsmi nəticələr Yıldırımın qalib gəldiyini göstərsə də, CHP öz namizədinin birinci olduğunu bildirir.
 
Qeyd edək ki, hazırda əsas mübarizə paytaxt İstanbulda gedir.
OXŞAR XƏBƏRLƏR