İstanbulda güclü partlayış: 20 polis yaralandı - VİDEO

İstanbulda güclü partlayış: 20 polis yaralandı - VİDEO
TOP4
23:57 10.12.2016
6568
Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Habertürk" xəbər verib.
 
Məlumata görə, bir avtomobilin yandığını, silah səsləri eşidildiyini bildirib. Türkiyənin digər mətbu orqanları isə hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınlarının cəlb edildiyini xəbər veriblər.
 
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu partlayışla bağlı deyib: "Beşiktaş" - "Bursaspor" oyunundan sonra azarkeşlər gedəndən sonra çevik polis alayına bombalı hücum olub. Nəticədə 20 polis yaralanıb, şəhid xəbəri yoxdur. Dua edək ki, olmayacaq"
 
Hadisə Maçka adlanan ərazidə, "Beşiktaş" klubunun stadionunun yaxınlığında baş verib.  

Hələlik hadisənin təfərrüatları açıqlanmır.
 
Türkiyə Radio və Televizyon qurumu partlayışla bağlı mediaya yayım qadağası qoyub.
 

OXŞAR XƏBƏRLƏR