İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanılıb

İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanılıb
MAQAZİN
10:36 12.04.2026
415
Türkiyədə İstanbulun Beşiktaş rayonunda davam edən narkotik və fahişəlik istintaqı çərçivəsində polis iki əyləncə məkanına basqın təşkil edib.

AZXEBER.COM xəbər verir ki, ümumilikdə həyata keçirilən axtarışlar zamanı çox sayda tanınmış sima gözaltına alınıb.

Narkotik əməliyyatı zamanı sosial media fenomenləri Samet Liçina, Özlem Parlu, Mika Slovana və Elif Karaaslan saxlanılıblar.

İstintaq çərçivəsində aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında da saxlanılma qərarı çıxarılıb. Lakin aparılan araşdırmalar nəticəsində hər iki şəxsin hazırda xaricdə olduğu müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR