İstanbulda polislər arasında atışma

SOSİAL
15:00 21.07.2016
1553
İstanbulda polislər arasında atışma olub.
Haqqında saxlanma qərarı olan İstanbul Ticarət Universitetinin rektoru professor Nazim Ekrenin mühafizə polisi, onu saxlamağa gələn həmkarlarına atəş açıb. Hadisə yerinə polislərə dəstək üçün xüsusi təyinatlılar çağırılıb. Kimliyi açıqlanmayan mühafizə polisi xüsusi təyinatlılara təslim olub.
Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
OXŞAR XƏBƏRLƏR