İstanbulda fasiləsiz yağışların törətdiyi sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 5-ə çatıb.
Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Verilən məlumata əsasən, daha 4 nəfər itkin düşüb. Daxili işlər naziri Mustafa Çiftçi itkin düşən şəxslərdən birinin sağ olaraq tapıldığını bəyan edib.
Qeyd edək ki, artıq bir neçə gündür Türkiyənin müxtəlif şəhərlərində davam edən kəsilməz yağışlar ciddi dağıntılara və fəsadlara səbəb olub. Yağıntıların bundan sonra da davam edəcəyi proqnozlaşdırılır.
Bu, İstanbul şəhərinin son 84 ildə üzləşdiyi ilk bu dərəcədə güclü leysandır.
İstanbulla bərabər, Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində təhsil müəssisələrində dərslər iki gün müddətinə təxirə salınıb.
///oxu.az///











































