Bu gün İstanbulda Beynəlxalq Xəzər Forumu işinə başlayır.AZXEBER.COM xəbər verir ki, tədbirdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, energetika naziri Taner Yıldız, ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts, Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, xarici işlər nazirinin müavini Xələf XƏləfov, SOCAR prezidenti Rövnəq Abdullayev, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya, aparıcı ekspertlər və politoloqlar iştirak edirlər.Forum çərçivəsində Xəzər regionunun geosiyasi əhəmiyyəti, investisiya imkanları, enerji təhlükəsizliyi, bölgənin sülh və stabillik məsələlərinin müzakirəsi planlaşdırılır. XƏZƏR FORUMUNU CANLI İZLƏMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏR: https://www.caspiantv.net/