İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb

İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
DÜNYA
07:50 30.10.2026
211
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi Rusiya paytaxtının hava limanlarında tətbiq edilən təhlükəsizlik məhdudiyyətləri səbəbindən uçuş marşrutunu dəyişərək geri qayıtmalı olub.

AZXEBER.COM teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın hava hərəkətini idarəetmə xidmətlərindəki mənbə məlumat verib.

Bildirilib ki, Moskvanın Vnukovo hava limanına istiqamətlənən üç təyyarə Polşa hava məkanında, daha bir təyyarə isə Rusiyanın Tver vilayəti üzərində olarkən geri dönüb.

Mənbənin sözlərinə görə, təyyarələrin İstanbulun yeni beynəlxalq hava limanına və Sabiha Gökçen adına hava limanına eniş etməsi nəzərdə tutulub.

Təyyarələrin Moskvaya təkrar uçuşlarının nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya”) təhlükəsizliyin təmin edilməsi məqsədilə Moskva aviasiya qovşağının bütün hava limanlarında təyyarələrin qəbuluna və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR