İstanbulu böcək basdı - Təhlükə böyüyür

İstanbulu böcək basdı - Təhlükə böyüyür
DÜNYA
13:20 21.04.2026
353
İstanbulun Sancaktəpə bölgəsini böcək basıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər şam ağacı tırtıllarının həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə yaratdığını bildirirlər.
 
Məlumata görə, şam ağaclarının yarpaqlarına zərər verən bu tırtıllar parklara və bağlara yayılıb.

Mütəxəssislər tırtıllardakı allergen tüklərin qaşınma və qıcıqlanmaya səbəb ola biləcəyini və ev heyvanlarında ciddi sağlamlıq problemləri yarada biləcəyini vurğulayırlar.
 
Aidiyyatı qurumlar vətəndaşları tırtıllara toxunmamağa və hər hansı bir müşahidə ilə bağlı müvafiq orqanlara məlumat verməyə çağırıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR