İstanbulu fəth edənlər Hollivuda gedir

İstanbulu fəth edənlər Hollivuda gedir
Bütün Xəbərlər
17:50 13.02.2012
2079

Faruk Aksoyun rejissoru olduğu, İstanbulun fəthindən bəs edən "Fəth 1453" filminin kinoteatrlarda yayımlanmasına bir neçə gün qalır. Fraqmentləriylə belə diskussiyalara səbəb olan film keçən həftə Hollivuddan sürpriz təklif alıb.

Berlin Film Festivalında "Fəth 1453"ün yalnız 10 dəqiqəsini izləyən Universal Studiyaları filmin Avropada yayım haqqına sahib olan "Kinoster" firması vasitəsilə "Aksoy Film"ə təklifini çatdırıb: ""Fəth 1453"ün video, televiziya və Avropada yayım haqlarını bizə verin".

Filmin prodüsserləri Faruk Aksoy, Sərvət Aksoy və Ayşə Gərmən təklifi dəyərləndirmək üçün vaxt istəyib.

"Aksoy Film" "Universal Studiyaları" ilə razılaşarsa, Türkiyənin kino tarixində ilk dəfə bir film beynəlxalq miqyaslı bir şirkətin vasitəsilə Hollivuda gedəcək.

Bu günə qədər Türkiyə kino tarixinin ən çox surəti və salon sayıyla fevralın 16-da nümayişinə başlanacaq film Türkiyə ilə yanaşı Almaniya, Hollandiya, Belçika, İndoneziya, Malayziya, Rusiya, Albaniya, Serbiya, Bosniya-Hersoqovina və Makedoniyada da göstəriləcək.

OXŞAR XƏBƏRLƏR