İstanbulun mərkəzində Xocalı sərgisi - FOTOLAR

İstanbulun mərkəzində Xocalı sərgisi - FOTOLAR
Bütün Xəbərlər
11:00 18.02.2012
1657
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu “Xocalı üçün ədalət” adı altında beynəlxalq kampaniya çərçivəsində Xocalı soyqırımını foto və rəsmlərdən ibarət sərgiylə anıb.17 fevral 2012-ci ildə Türkiyə vaxtı ilə saat 10.00-da Taksim metro stansiyasının sərgi salonunda həyata keçirilən sərgi, 19 fevral 2012-ci ilə kimi davam edəcək. Sərginin açılışında İƏT Dialoq və Əməkdaşlıq Gənclik Forumu Təhsil, Araşdırma və Media Departamentinin baş katibi Nəbat Qaraxanova, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkdilli Ölkələrin Əməkdaşlığı baş katibi Halil Akıncı, Azərbaycan Milli Məclisinin millət vəkili Ceyhun Osmanlı iştirakçılara müraciət edib və Xocalı soyqırımı haqda məlumat veriblər. Sərgidə Xocalı soyqırımı haqda qısametrajlı film göstərilib. Sərginin açılışında tarixçilər, diplomatlar, Xocalı qətliamından sağ çıxan bəzi şahidlər, qeyri-hökumət təşkilatının nümayəndələri və azərbaycanlı tələbələr də iştirak edib.
OXŞAR XƏBƏRLƏR