“İstedadların hazırlığı laboratoriyası” layihəsi həyata keçirilir – Foto

“İstedadların hazırlığı laboratoriyası” layihəsi həyata keçirilir – Foto
GƏNCLİK
16:24 09.12.2013
2438

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2013-cü ildə təsdiqlədiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, 2013-cü ilin yanvar ayından başlayaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən çoxmodullu və uzunmüddətli “İstedadların hazırlığı laboratoriyası” layihəsinin həyata keçirilməsinə başlanıb.

AZXEBER.COM xəbər verir ki, layihənin əsas məqsədi yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır. Layihə dəqiq və texniki elmlərə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılmasını, onların daha da inkişaf etdirilməsini əsas vəzifə kimi qarşıya qoyub.

Bu vəzifənin həyata keçirilməsi ilə bağlı mexanizmlər işlənib hazırlanıb: yeniyetmələrin onlayn olimpiadalarda iştirak etməklə, öz bilik və bacarıqlarını qiymətləndirməsi təmin edilib (xüsusi olaraq hazırlanmış www.istedad.az internet saytında 3 belə olimpiada təşkil edilib).

Bütün nəticələr saytda obyektiv və operativ şəkildə qiymətləndirilir ki, bu da şəffaflığı təmin edir. Sayt həmçinin uğur qazanan iştirakçıların tanıdılması üçün istifadə edilir ki, bu da intellektuallara ictimai dəyərin verilməsi üçün çox vacibdir. Bütün müddət ərzində layihə internetdə həyata keçirilir.

Onlayn və əyani olimpiadanın nəticələrinin cəmlənməsi vasitəsilə, ən yaxşı nəticə göstərən yeniyetmələr distant təhsilə cəlb ediləcəklər. Onlar saytın “şəxsi kabinet”ində təcrübəli pedaqoqlar və alimlərlə ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

5-7 dekabr tarixlərində Bakıda 14-16 yaşlı yeniyetmələrin əyani olimpiadası keçirilib. İştirakçılara 3 saat ərzində 10 tapşırığı yerinə yetirmək təklif olunub (4-ü məntiqdən və riyaziyyatdan, 3-ü fizikadan, 3-ü isə kimyadan). Bir neçə fənn üzrə tapşırıqların verilməsi bu layihəni ənənəvi fənn olimpiadalarından fərqləndirən daha bir cəhətdir. Məsələ burasındadır ki, müasir elm bir qayda olaraq, bir neçə elmin – fiziki kimyanın, biofizikanın, ekologiyanın, gen mühəndisliyinin və digərlərinin “sərhədində” inkişaf edir.

Buna görə də, mütəxəssislərdən bu qarışıq fənləri kifayət qədər yaxşı bilmək tələb olunur. Bu isə özlüyündə, indiki dövrdə elm tədqiqatçılarına və təcübəçilərinə ciddi üstünlüklər təmin edir.

Final mərhələsinə ilk seçim turunda iştirak edən təxminən 600 iştirakçıdan 87 nəfəri dəvət edilib.

Onlardan 30-u Bakını, 57 şagird isə Azərbaycanın 18 şəhər və rayonunu təmsil ediblər. İştirakçılar arasında olan 27 nəfər liseylərdə və özəl məktəblərdə, 41-i isə ümumtəhsil məktəblərində təhsil alır. Olimpiadanın Əsasnaməsinə görə, mükafatlar iştirakçıların 30%-nə verilir, beləliklə də, 1-ci yer üçün 5, ikinci yer üçün 10, üçüncü yer üçün isə 15 olmaqla, ümumilikdə 30 diplom təqdim edilib. Qaliblər arasında olanların 11-i paytaxt məktəbliləri, 19-u isə ölkənin şəhər və rayonlarından olan şagirdlərdir.

1-ci yer

2-ci yer

3-cü yer

Cəmi

Bakı

1

5

5

11

Rayonlar və şəhərlər, o cümlədən

4

5

10

19

Sumqayıt

0

3

1

4

Lənkəran

1

1

1

3

Mingəçevir

1

1

0

2

Yevlax

1

0

1

2

Bərdə

1

0

0

1

Siyəzən

0

0

2

2

Masallı

0

0

2

2

Qax

0

0

1

1

Neftçala

0

0

1

1

Ucar

0

0

1

1

“İstedadların hazırlığı laboratoriyası” öz intellektual potensialını gücləndirməyə can atan xarici ölkələrin qabaqcıl təcrübəsi əsasında hazırlanan layihədir. Eyni zamanda, bu layihə həm də ölkəmizin tam milli modelidir, bu model özündə “şagirdin potensialı”nı –“alimlərin təcrübəsini və sosial məsuliyyətini” və “dövlətin dəstəyini birləşdirir.

7 dekabr 2013-cü ildə sözügedən layihənin rəsmi təqdimatı və eləcə də, qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Diplomları və dəyərli hədiyyələri qaliblərə Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Ceyhun Bayramov, idman və gənclər nazirinin müavini İntiqam Babayev təqdim ediblər.

Qeyd edək ki, qaliblər “Acer” planşetləri (3-cü yer), “Acer” netbukları (2-ci yer) və HP noutbukları (1-ci yer) ilə mükafatlandırılıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər