Türkiyənin Trabzon şəhərində xoşagəlməz hadisə yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Trabzonda əyləncə mərkəzlərinin birində dava düşüb. 16 yaşlı oğlan, sevgilisinin "Bu gənc məni Facebookda dürtdü" deyərək göstərdiyi adamla mübahisə edib. Mübahisə qısa müddətdə davaya çevrilib və gənclər küçəyə çıxıblar. İki gəncin dostları da davaya qarışıb və təxminən 30 adam küçədə dava ediblər.Polislərin hadisəyə müdaxilə etməsi nəticəsində tərəfləri ayırmaq mümkün olub. 7 nəfər nəzarətə alınıb. Gənclər ifadə verəndən sonra sərbəst buraxılıbOzal İbrahimli